AZ   |   RU
AVRO-2020: Bakıdakı ilk oyun başladı


Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyunu start götürüb.

Missiya.Az xəbər verir ki, görüşü fransalı Kleman Türpen idarə edir.

Matça 16 mindən çox bilet satılıb. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır.

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.




  • 12-06-2021, 17:05