AZ   |   RU
AVRO-2020: Bakıda açılış mərasimi təşkil edildi


Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununun açılış mərasimi keçirilib.

Missiya.Az xəbər verir ki, ilk olaraq meydanın mərkəzində böyük pankart açılıb və AVRO-2020-nin rəsmi himni səsləndirilib.
Daha sonra hər iki yığma komandanın nəhəng formaları təqdim edilib.

Qarşılaşma saat 17:00-da start götürəcək.
Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.


  • 12-06-2021, 17:01