AZ   |   RU
Türkiyədə güclü zəlzələ baş verib - Azərbaycan FHN-dən 370 nəfər yardıma göndərilir

Türkiyədə səhər saatlarında 7,4 gücündə zəlzələ baş verib.  

Türkiyədə Bakı vaxtı ilə bu gün saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb. 

Missiya.Az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində hətta Suriyanın şimalında dağıntıların olduğu bildirilir.

Türkiyənin DİN rəhbəri Süleyman Soylu zəlzələ ilə bağlı 4-cü səviyyə həyəcan siqnalının ölkə üzrə tətbiq edildiyini qeyd edib.

Dağıntılar altında çox sayda insanın qaldığı deyilir.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, bütün dövlət strukturları zəlzələ zonasında tam fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti Türkiyəyə göndərilir.

FHN-dən bildirilib ki, bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə nazirliyin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.

  • 6-02-2023, 09:29