AZ   |   RU
Xoydakı soydaşlarımızın azyaşlı uşaqları təhlükədə - İran rejiminin biganəliyi

Zəlzələdə evləri dağılmış soydaşlarımıza İran rejimi yardım etmir. Eyni zamanda cinayətkar molla rejiminin məmurları Güney Azərbaycanın müxtəlif bölgələrindən göndərilən xalq yardımlarının paylanmasına da mane olur. Xalqın yardımını geri qaytaran, Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin yardımını qəbul etməyən, Azərbaycan tərəfinin də müəyyən əlaqələr vasitəsilə yardım təkliflərindən imtina edən, azərbaycanlıların vəziyyətinə və müqəddəratına laqeyd münasibət göstərən İran hakimiyyətinin öz vətəndaşlarına biganəliyi davam edir. 
 
Ən acınacaqlı vəziyyət odur ki, Xoyda baş verən zəlzələ nəticəsində şaxtada çöllərdə qalan ailələrin azyaşlı uşaqları həyati təhlükə ilə üz-üzə qalıblar. Onlara yardım etmək üçün mövcud vəziyyətə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) müdaxiləsi tələb olunur. 
 
Nəriman Sultanoğlu
Missiya.Az


  • 2-02-2023, 11:09