AZ   |   RU
“Bir neçə ildən sonra Türkiyə və Azərbaycan Ermənistan üzərində hökmranlıq edəcəklər” – Erməni diasporunun sədri

“Ermənistan baş naziri Nikol Paşinyan diaspora əleyhinədir. O, yalnız diaspora ona tabe olacağı təqdirdə tərəfdarı olacaq. Paşinyan 2018-ci ildə vəd etdiyi dəyərlərin əksinə getdi, o, demokrat deyil”.

Missiya.Az
“Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Fransa Erməni Təşkilatları İttifaqının Koordinasiya Şurasının həmsədri Murad Papazyan deyib.

“Paşinyan verdiyi vədlərə xəyanət etdi, Ermənistan xalqını aldatdı. İnsanlar oyanmalıdırlar. Hələ gec deyil, amma sabah çox gec ola bilər. O, diasporu parçalamaqla Ermənistanı xaricdə zəiflətdi. Onun davranışlarına son qoyulmalıdır. O, bizim milli dəyərləri zəiflətməyə gəlib. Onun siyasəti Ermənistanı müharibəyə sürüklədi”, - deyə siyasətçi vurğulayıb.

Papazyan qeyd edib ki, Paşinyan Ermənistanı gücləndirmək məqsədi güdməyib:

“3-4 ildən sonra Ermənistan iqtisadiyyatına Türkiyə rəhbərlik edəcək. Türkiyə buna Paşinyanın köməyi ilə nail olacaq. Ölkə iqtisadiyyatına kim nəzarət edirsə, siyasəti də o, idarə edir. Deməli bizim siyasətimizi Türkiyə idarə etməli olacaq. Ermənistan da bizim olmayacaq. Ermənilər isə Türkiyə və Azərbaycan yaratdığı şirkətlərdə işləyəcəklər”, - deyə siyasətçi bildirib. 

Papazyanın sözlərinə görə, bir neçə ildən sonra Türkiyə və Azərbaycan Ermənistan üzərində hökmranlıq edəcəklər. 

 
 
Daşqın Həsənov
Missiya.Az


 

  • 1-02-2023, 11:17