AZ   |   RU
“Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum edən terrorçu mütləq cəzalandırılmalıdır” - Ramin Əhmədov

“Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum edən terrorçu mütləq cəzalandırılmalıdır”

Missiya.Az
xəbər verir ki, bunu Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün Facebook səhifəsində paylaşıb. 

Ramin Əhmədovun paylaşımında deyilir:

“Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum edən terrorçu mütləq cəzalandırılmalıdır. Həmin hücumu təşkil edən bütün terrorçular öz qanlı əməllərinə görə mütləq cavab verməlidirlər. Silahlı basqının qarşısını alarkən şəhid və yaralılarımız oldu. Əlbəttə ki, onların qanı yerdə qalmayacaq. 

Bu gün Azərbaycan Respublikası Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dünyada nüfuzlu və regionda söz sahibi olan dövlətə çevrilib. Dövlətimizin siyasətinin mərkəzində vətəndaşlarımızın rifahının yüksəldilməsi, Azərbaycan Respublikasının mənafeyinin qorunması və qonşu dövlətlərlə münasibətlərdə qarşılıqlı hörmət dayanır. Prezident İlham Əliyevin Azərbaycanın İrandakı səfirliyinə hücumu qınaması da bu siyasətin qətiyyətli olduğunun nümunəsidir. 

Allahdan şəhidimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm!”

  • 27-01-2023, 13:37