AZ   |   RU
İran mollalarının əxlaqsızlığı – Akopyana 100 min dollar, Kardaşyana fəxri vətəndaşlıq


İran adlanan ölkənin hakimiyyəti öz insanlarının hüquq və azadlıqlarını əllərindən almaqla yanaşı, guya qadınların hüquqlarını qoruyurmuş kimi gülünc bir tədbir də keçirib. Belə ki, bir neçə gün əvvəl Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi adlanan toplantının keçirilməsi beynəlxalq aləmdə ciddi qarşılanmayıb və kəskin tənqid edilib. Molla rejiminin bütün səylərinə baxmayaraq, İranın dostları sayılan Çin, Rusiya, hətta Suriyadan belə yüksək statusu olan heç bir nümayəndə konqresdə iştirak etməyib. 

Təbii ki, həmin tədbirdə mollaların “hay” bacıları olan erməni nümayəndələri canla-başla iştirak ediblər. Nikol Paşinyanın arvadı Anna Akopyanın çadraya bürünüb, şalla örtünməsi və İranın rəsmi şəxsləri ilə daha səmimi görüşməsi molla rejimindən başqa bütün müsəlmanlarda ikrah hissi oyadıb. Həm də Akopyanın Tehrana səfəri İranda yaşayan bir ovuc erməni tərəfindən də birmənalı qarşılanmayıb. Belə ki, erməni icmasının qadınları Anna Akopyanla görüşmək istəməyiblər. Xoşagəlməz reallıqla üzləşən Anna Akopyan erməni icmasından görüş üçün ümumi rədd cavabı alıb. Eyni zamanda Paşinyanın arvadının İrandakı erməni kilsələrini ziyarət etməməsi də müzakirələrə səbəb olub. 

İddialara görə Nikol Paşinyanın arvadı İrana səfərinin mükafatı olaraq 100 min dollar pul alıb. Molla rejiminin hədiyyə etdiyi bu məbləğə təyyarə bileti, “Parsian” hotelində 5 gün boyunca qalmaq və digər xərclər daxil olmayıb. Öz əhalisini qışın soyuğunda yanacaqla belə təmin etməkdən aciz olan İran hakimiyyəti ermənilərə qucaq açır, hətta cib xərcliyi olaraq da 100 min dollar verir.

Özlərini İslam dininin keşikçiləri və müsəlmanların himayədarı elan edən əmmaməli riyakarlar, məhz elə müsəlman qanına əli batmış, məscidləri talan etmiş ermənilərə böyük qardaşlıq edirlər. Hətta baş örtüyündən İslam qaydalarına görə düzgün istifadə etməməyi əsas gətirərək qadınları həbs edən, öldürən İran rejiminin, əxlaqsızlığı ilə ad qazanmış erməni qadınlarına rəğbət bəsləməsi gülünc doğurur. Ermənistanın İctimai televiziyasında Kim Kardaşyanın İran İslam Respublikasının fəxri vətəndaşı ola bilmə ehtimalından danışılması da artıq əxlaqsızlığın və həyasızlığın pik həddi deməkdir. Televiziyanın efirində erməni əsilli amerikalı porno ulduz Kim Kardaşyanın İranda çox sevildiyi və buna görə də ona tezliklə İranın fəxri vətəndaşı adının veriləcəyi bildirilib.
 
Tehran polisinin qadın şalvarlarının satışının İslam qaydalarına zidd hesab edildiyi üçün qadın geyimləri satan mağazaları bağlayıb, bütün malları müsadirə etməsi fonunda molla rejiminin belə bir erməniyanalıq etməsi əxlaqsızlıqdan və İslam düşmənçiliyindən başqa bir şey deyil.
 
Nəriman Sultanoğlu
Missiya.Az
 

  • 26-01-2023, 16:15