AZ   |   RU
Şimali Koreyada həyəcan - Paytaxtda karantin elan edildi

 
Şimali Koreyanın paytaxtı Pxenyanda mənşəyi və növü hələ dəqiqləşdirilməmiş tənəffüs yollarıında qeydə alınan xəstəlik halları artdığına görə komendant saatı tətbiq edilib.


Missiya.Az
"CNN-Türk"-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulda yerləşən "NK News"-a görə, elanda COVID-19-dan bəhs edilməyib. Lakin şəhər sakinlərindən bazar gününün sonuna qədər evdə qalmaları və hər gün bir neçə dəfə temperaturlarını yoxlamaları tələb edilib.

Pxenyan sakinləri daha sərt tədbirlər üçün ərzaq ehtiyatı yığmağa başlayıblar. Şimali Koreyanın digər bölgələrində karantin rejiminin tətbiqi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Şimali Koreya hakimiyyəti 2022-ci ildə ilk COVID-19-a yoluxma halını etiraf etməklə bərabər virus üzərində qələbəni də elan edib. Koronavirus geniş yayılan zaman tibbi avadanlıqlar çatışmadığı üçün test aparıla bilmədi və buna görə də heç vaxt nə qədər insanın koronavirusa yoluxduğu açıqlanmadı.

Nəriman Sultanoğlu
Missiya.Az


  • 25-01-2023, 13:53