AZ   |   RU
Vardanyanın son ümidi - Separatçıların əhaliyə "Birlik" çağırışları nədən xəbər verir?
 
Qarabağda yaşayan ermənilərin qondarma rejim təmsilçilərinə qarşı etimadsızlığı getdikcə daha da dərinləşir. Separatçılar ciddi cəhdlə çalışırlar ki, əhalinin narazılığını ört-basdır etsinlər.

Xunta rejiminin “Şimal agenti” olan “Dövlət naziri”i Vardanyanın Qarabağda yaşayan Azərbaycan vətəndaşlarına xitabən tez-tez, “İndi birlik olmaq vaxtıdır”, “Hamımız bu gün “Artsax”ın gələcəyi naminə birləşməliyik”, "Bir-birimizə dəstək olmalıyıq ki, vəziyyətdən çıxa bilək" deməsi, əhali arasında mərkəzdənqaçma meyillərinin artdığını göstərir. Vardanyanın "Birlik " çağırışları əslində əhali arasında itaətsizliyin baş qaldırmasını önləmək məqsədinə hesablanır. Reallıq belədir ki, əhali artıq qondarma rejimin əlindən cana doyub. Qarabağdakı ermənilər gələcəklərinin Ermənistanın tərkibində və yaxud qondarma rejimin girovluğunda görmürlər. Təbii ki, ağlı başında olan hər kəs Azərbaycanın bu gün regionda və dünyada getdikcə artan parlaq inkşaf dinamikasını görür və qiymətləndirir.

Vardanyanın müraciətlərindəki yalvarışlar onu göstərir ki, qondarma respublikanın təsir rıçaqları və siyasi iradəsi ictimai rəydə əsaslı şəkildə zədələnib və əhali Xankəndidəki yalançı hökümətə tabe olmaq istəmir.
 

Xankəndi və ətrafında siyasi avtoritetini itirən separatçı qurum Arayik və Vardanyanın müxtəlif dairələrlə mümkün təmaslarına ümid bağlayır.

Nikol Paşinyanın “BMT Təhlükəsizlik Şurası “Dağlıq Qarabağın” statusunu müəyyən etməli olsa, bu qurum öz qətnamələrinin məntiqinə uyğun davranar. Yəni, həmin status BMT TŞ-nın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığını tanıdığı Azərbaycanın Konstitusiyasına uyğun müəyyən edilər” düzgün tezisi onu deməyimizə əsas verir ki, Paşinyan hakimiyyəti separatçılara görə Azərbaycanla üz-üzə gəməyi gözə almaq istəmir.


Digər tərəfdən, Paşinyanın bütün dünya tərəfindən Qarabağın Azərbaycanın ərazisi kimi tanınması faktını təsdiqlədiyi “cəsarətli” etirafı və qondarma rejimin gələcək taleyinin Ermənistan tərəfindən yox, onların özləri tərəfindən həll edilməsinin düzgün olacacağına inamını ifadə edən sözləri İrəvanın separatçıları müdafiə variantını rəfə qaldırdığından xəbər verir.


Proseslər onu göstərir ki, insanların nifrətinin və yaranmış böhranın dərinliyində boğulan Vardanyan və Arayikin son nəticədə yapışacağı heç saman çöpü də qalmayacaq.

Artıq cinayətkar xunta rejiminin sonu yaxınlaşır. Arayik və Vardanyan cütlüyünün taleyi isə törətdikləri qanunsuzluqların və cinayətlərin miqyası ilə müyyənləşəcək.
 
Aqil Musa
Missiya.Az

  • 19-01-2023, 16:36