AZ   |   RU
Moskvadan dünyaya növbəti nüvə təhdidi - “Əgər Ukraynada uduzarıqsa…”

“Nüvə dövlətinin adi müharibədə   məğlub olması, nüvə müharibəsinin başlanmasına səbəb ola bilər”. 
 
Missiya.Az
xəbər verir ki, bunu yanvarın 19-da özünün Telegram kanalında Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev bildirib.
 
“Nüvə gücləri talelərinin asılı olduğu böyük münaqişələrdə   uduzmayıblar. Bu, hər kəsə aydın olmalıdır. Hətta heç olmasa intellektin izini saxlamış Qərb siyasətçisinə də” – deyə, Medvedev qeyd edib. 
 
Medvedevin bu fikirləri müxtəlif Telegram kanallarda müzakirələrə səbəb olub. İstifadəçilər Rusiyanın sabiq prezidentinin Ukraynadakı müharibəyə işarə etdiyini düşünürlər və böyük əksəriyyətdə belə qənaət yaranıb ki, Medvedev, “Əgər Rusiya Ukraynada məğlubiyyətə uğradılarsa, bu, Moskvanın nüvə silahına əl atmasına səbəb olacaq” demək istəyib.
 
Elcan
Missiya.Az


  • 19-01-2023, 12:25