AZ   |   RU
“Paşinyan Putinə qarşı təhlükəli oyun oynayır” – Erməni jurnalist

“Ümid edirəm ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Putinlə qarşılıqlı təhlükəli oyun oynadığını başa düşür”.

Missiya.Az
“Hraparak” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Rusiyada yaşayan erməni jurnalist Aram Qabrielyanov özünün “teleqram” kanalında yazıb.

Əgər Nikol bütün son bəyanatlardan sonra müqavilənin rus variantından imtina edib “Vaşinqton ssenarisi” üzrə Qarabağı təhvil versə, o zaman Rusiyanın əli açılacaq və Moskva erməni xalqının hakimiyyəti dəyişmək hüququnu qoruyacaq.

Paşinyan məsələsində bu, tam olaraq belədir. Bu səhv addımdır və cinayətdən daha da pisdir”, - erməni jurnalist qeyd edib.


Daşqın Həsənov
Missiya.Az


  • 5-12-2022, 13:58