AZ   |   RU
Belarus XİN rəhbərini Rusiya öldürüb? - İDDİA

Belarusun xarici işlər naziri Vladimir Makeinin qəfil ölümündən sonra prezident Aleksandr Lukaşenko ciddi qorxuya düşüb. O, aşpazını və təhlükəsizlik xidmətinin dəyişdirilməsini əmr edib.

Missiya.Az
“UNİAN”a istinadən xəbər verir ki, bu barədə rusiyalı müxalifət lideri Leonid Nevzlin özünün “tviter” hesabında məlumat yayıb.

"Belarusun xarici işlər naziri Vladimir Makey FSB-nin xüsusi laboratoriyasında hazırlanmış zəhərlə dünyasını dəyişib. Makeinin zəhərlənməsi ilə bağlı versiya 64 yaşlı məmurun səhhətində heç bir problemin olmaması və aktiv həyat tərzi sürməsi ilə təsdiqlənir”, - deyə  Nevzlin bildirib.

"Belarus ordusunun Ukraynaya qarşı müharibəyə girməsinin gecikməsi Moskvanı qane etmir. Kreml Belarus rejiminə təzyiq göstərmək üçün bütün vasitələrdən istifadə etməyə hazırdır”, - rusiyalı muxalifətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az


  • 28-11-2022, 14:56