AZ   |   RU
İsveç və Finlandiyanın üzvlüyünün vaxtı çatıb- NATO-nun baş katibi



NATO-nun baş katibi Yens Stoltenberq önəmli açıqlamalar verib. 

Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna müharibəsi, Çin məsələsi, İsveç və Finlandiyanın NATO prosesi ilə bağlı açıqlamalar verib.

Stoltenberq  NATO-nun lazım olduğu müddətcə Ukraynaya dəstəyinin davam edəcəyini və geri çəkilməyəcəklərini bildirib.

Rusiyanın müharibədə qalib gələcəyi təqdirdə sülhün olmayacağını ifadə edib.

Çinlə bağlı sualları cavablandıran Stoltenberq, "Çin bizim düşmənimiz deyil, lakin onların hərbi varlığını artırdıqlarını müşahidə edirik" deyib. 

Həmçinin İsveç və Finlandiyanın üzvlük prosesi ilə bağlı NATO-nun baş katibi "İsveç və Finlandiyanı tam zamanlı qəbul etməyin vaxtıdır" deyib. 

Aqil Musa 

Missiya.Az



  • 25-11-2022, 14:43