AZ   |   RU
“Türkiyə ordusu 2015-ci ildən indiyədək 3585 terrorçunu məhv edib” - Akar

“Türkiyə ordusu bölgədə terror təhlükəsinin aradan qaldırılması üçün əməliyyatları davam etdirir. Cinayət təşkilatlarının obyektlərinə hücumlar həm Türkiyə daxilində, həm də onun hüdudlarından kənarda həyata keçirilir”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar parlamentdə ölkənin müdafiə nazirliyinin büdcəsi ilə bağlı müzakirələrdə çıxışı zamanı deyib. 

“Bu il yanvarın 1-dən indiyədək Türkiyə Silahlı Qüvvələri ölkə ərazisində, eləcə də Şimali İraq və Suriyada, ümumilikdə Türkiyənin antiterror mübarizəsinin yeni mərhələsinin başladığı 24 iyul 2015-ci ildən indiyədək 3585 terrorçunu zərərsizləşdirib”, - deyə Akar bildirib.

Akar Türkiyənin istənilən sakininin ölümünün qanlı cinayətkar təşkilatlar üçün ağır nəticələr verəcəyini vurğulayıb.

Nazir qeyd edib ki, ölkənin təhlükəsizliyinin mühüm tərkib hissəsi dövlət sərhədinin pozulması hallarının qarşısının alınmasıdır.


Daşqın Həsənov
Missiya.Az


  • 22-11-2022, 11:50