AZ   |   RU
İrandan gələn bəla: Mollaların nartotik biznesi Tehran rejimi Azərbaycan gəncliyini narkotiklərlə məhv etməyə çalışır

İran dövlətinin söykəndiyi prinsiplərindən biri də müəyyən ölkələrdə narkotikin satışını təşkil etmək və insanları kütləvi şəkildə bu bəlaya düçar etməkdir
 
Heç kəsə sirr deyil ki, bu gün dünyada  narkotik tərkibli bitkilərin yetişdirildiyi, müxtəlif kimyəvi həblərin hazırlandığı ən “qabaqcıl” ölkə Əfqanıstandır. İran narkotik maddələrin istehsalı ilə yanaşı, narkotikin Əfqanıstandan dünya ölkələrinə ötürülməsində əsas marşrut rolunu da oynayır. İran əvvəllər Azərbaycanın işğal altında olan torpaqlarında da narkotik mənşəli bitkilərin yetirşdirilməsini təmin edirdi. Lakin Azərbaycan işğal altında olan torpaqlarını azad etdikdən sonra İranın həmin xətti də bağlanmış oldu və orada yerləşən laborotiyaları birdəfəlik tarixə qovuşdu.
 
Bu gün İranın özündə də insanlar kütləvi şəkildə narkotikin qurbanı olurlar. İrandan olan bir sıra jurnalistlərin və həkimlərin açıqlamalarına görə ölkədə narkotik asılılığı kütləvi hal alıb və bu, milli epidemiyaya çevrilib. Ölkədə rəsmi şəxslər, həkimlər, dindarlar və digər sahələrin təmsilçiləri heroin də daxil olmaqla müxtəlif narkotik maddələrdən istifadə edirlər. İranlı həkimlər bildirir ki, sanksiyaların tətbiqindən sonra ölkədə narkomanların sayı daha da artıb: “İqtisadi durğunluq insanların məyusluğunu artırır və bütün çətinlikləri unutmaq üçün narkotikdən istifadə edirlər”. 
 
İranlı həkimlərin iddialarına əsaslanaraq deyə bilərik ki, ağır sanksiyalar səbəbindən iqtisadiyyatı darmadağın olan Tehran rejimi bundan çıxış yolunu narkotik ticarətinin inkişaf etdirilməsində görür. Bu gün ölkəmizdə də narkotikin satışında və yayılmasında əsas rol oynayan məhz İrandır. İran narkotikin Azərbaycanda satışını təşkil edərək həm maddi gəlir əldə edir, həm də ölkə vətəndaşlarını bilərəkdən narkotikin qurbanına çevirir. Burada əsas məqsədlərdən biri əlbəttə ki, Azərbaycanın gələcəyinə zərbə vurmaq, gəncliyi sağlam düşüncədən məhrum edib potensialını zəiflətməkdir.
 
İran rejimi Cənubi Azərbaycanda da düşmənçilik məqsədi ilə narkomiyanı geniş sürətdə yaymaqdadır. Orada narkotikin satışını həyata keçirən şəxslərin sayı günü- gündən artır və onlar dövlət tərəfindən dəstəklənirlər. 
 

Bu gün BMT səviyyəsində də Tehran rejiminin narkotik satışının təşkilində və yayılmasında baş rol oynadığı açıq şəkildə vurğulanır. Azərbaycanın Kütləvi İnformasiya Vasitələrinin yaydığı gündəlik kriminal xronikalardan da görünür ki, az qala hər gün İrandan ölkəmizə narkotik maddələr keçirmək istəyən şəxslər ifşa olunur, onlardan narotik mənşəli müxtəlif maddələr götürülür. Azərbaycana və azərbaycanlılara qarşı təxribatlarla məşğul olan İran mollaları boş və mənasız siyasi bəyanatlarla çıxış etməkdənsə, yaxşı olar ki, Azərbaycanın şəhər və rayonlarında narkotik maddələrin yayılmasına bu qədər maraq göstərmələrində dair izahatlar versinlər. Suallar hələ də açıqdır:

Din hara, tiryək hara? 

İman hara, çətənə hara?

İslami qaydalar hara, insanların beynini zir-zibillə zəhərləmək hara? 

Sualların sırasını genişləndirmək də mümkündür. 
 
Daşqın Həsənov
Missiya.Az
 

 

  • 11-11-2022, 14:48