AZ   |   RU
ABŞ Zelenskini Putinlə danışıqlara məcbur edir

Zelenskinin Rusiya ilə danışıqlar üçün 5 şərtdən ibarət siyahısından, Putinlə danışıqların qeyri-mümkün olduğuna dair daha əvvəl elan edilmiş bəndin çıxarılmasının birbaşa ABŞ prezidentinin təzyiqi ilə əlaqəli olduğu vurğulanır. 
 
Missiya.Az “Politico”-ya istinadən xəbər verir ki, Ukrayna və ABŞ arasında uzun sürən danışıqlar nəticəsində Vaşinqton Kiyevdən münaqişələri sülh yolu ilə dayandırmağa hazır olduğunu bütün dünyaya nümayiş etdirməyi tələb edib.  
Hesabatda Sullivanın Kiyevdəki görüşü zamanı münaqişəyə son qoymaq üçün danışıqlar aparmaq ideyasını irəli sürdüyü bildirilir.
 
Digər tərəfdən mənbələrdən biri bəyan edib ki, Vaşinqton Rusiya-Ukrayna danışıqlarına dərhal başlamağı lazım görmür.
 
Qəzetin mənbələrinə görə, ABŞ nə Moskvanın, nə də Kiyevin məqsədlərinə çatmayacağına və qış aylarında  prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə danışıqların nəticələrinə daha çox inanır.
 
Aqil Musa
Missiya.Az

  • 11-11-2022, 11:27