AZ   |   RU
Öz vətəndaşları ilə qeyri-insani rəftar edən dövlət – İrana qarşı yeni sanksiyalar

Avropa İttifaqında İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı danışıqlar konstruktiv şəkildə aparılır.

Missiya.Az
xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrea Sasse jurnalistlərlə keçirdiyi brifinqdə söyləyib. “Mən təsdiq edə bilərəm ki, belə sanksiyalar paketi Avropa İttifaqında müzakirə olunur. Onlar konstruktivdirlər”, - deyə o bildirib. Sasse həmçinin vurğulayıb ki, hazırda Tehrana qarşı yeni sanksiyaların tətbiqinin təfərrüatları və vaxtı barədə məlumat verə bilməzlər.

Xatırladaq ki, oktyabrın 26-da Almaniyanın xarici işlər naziri Annalena Burbok Almaniyanın İranla iqtisadi və digər sahələrdə ikitərəfli dialoqu dayandırdığını açıqlamışdı.  Onun sözlərinə görə, “vətəndaşları ilə qeyri-insani rəftar edən” dövlətlə ikitərəfli münasibətlərin normal davam etməsi mümkün deyil.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 7-11-2022, 17:15