AZ   |   RU
Yunanıstan Türkiyəyə qarşı silahlanır - Yunan mətbuatı


Afina rəhbərliyi Türkiyəyə qarşı ala biləcəkləri döyüş təyyarələri, döyüş gəmiləri və digər müdafiə sənayesi vasitələrinin siyahısını açıqlayıb.
 
Missiya.Az “Ta Nea”a istinadən xəbər verir ki, Yunanıstanın baş naziri Mitsotakis ilə Fransa prezidenti Emmanuel Makron arasında imzalanan razılaşmaya əsasən iki ölkə arasında müdafiə, təhlükəsizlik sahələrində əməkdaşlıq yüksək səviyyəyə çatdırılıb.
  
Yunanıstanın Fransadan 24 ədəd “Rafale” döyüş təyyarəsi və 3 ədəd Belharra freqatının alınmasının kritik əhəmiyyəti ifadə edilib. 
 
Xəbərdə Miçotakisin Avropa ölkələri ilə əməkdaşlıqda israrlı olduğu vurğulanaraq. Almaniya istehsalı olan MEKO tipli freqatların, eləcə də zirehli Marder maşınlarının və yeni korvet tipli döyüş gəmisinin alınmasının da gündəmdə olduğu bildirilib. 
 
Digər tərəfdən Yunanıstanın son vaxtlar İsraillə strateji tərəfdaşlığını artırdığı bildirilərkən, Spayk NLOS tank əleyhinə raket kompleksinin alınmasının təsdiqləndiyi və İsrail istehsalı olan iki ədəd Heron pilotsuz uçan aparatının alınması üçün razılaşmanın əldə edildiyi açıqlanıb. 
 
Bildirilib ki, Afina İsraildən daha çox PUA və anti-SUV almaq üçün İsraillə əlaqə saxlayır.
 
Aqil Musa
Missiya.Az

  • 7-11-2022, 12:54