AZ   |   RU
İlham Əliyevin Əlcəzairdən Fransaya mesajı - Parisi narahat edən Ankara- Bakı qardaşlığı - TƏHLİL

Ötən gün Azərbaycan dövlət başçısı İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfər etdi. İlham Əliyev səfər zamanı Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib və abidənin önünə əklil qoyub. Sonra dövlətimizin başçısı Milli Mücahidlər Muzeyi ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıb.
 
İlham Əliyevin xatirə kitabında qələmə aldığı sözlər xüsusən Fransaya ünvanlandı. Bu, Azərbaycan dövlət başçısının dünyada kolonial siyasətin, Əlcəzairdə Fransa kolonializminin qurbanlarının xatirəsinə dərin ehtiramının təcəssümüdür. İlham Əliyev əsas fəlsəfəsini kolonializmə qarşı mübarizəni təşkil edən Qoşulmama Hərəkatının sədri statusunda Fransa kimi ölkələrin tarixi keçmişdə törətdiyi və hazırda da davam etdirilməsinə cəhd göstərdiyi siyasətə öz münasibətini açıq şəkildə nümayiş etdirdi. 
 
Bəli, Fransa Azərbaycanı ittiham etməkdənsə, öz tarixi keçmişinə, müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlara görə cavab verməli, bu xalqlardan üzr istəməlidir. Əslində İlham Əliyevin bu mesajları Fransa prezidenti Emmanuel Makrona qarşı tərs şillə idi. Bu mesaj eyn zamanda Fransanın anti-humanist olduğunu bütün dünyaya bəyan etmək kimi də qiymətləndirilə bilər. Əlbəttə ki, Fransanın etdikləri cavabsız qalmamalı və BMT səviyyəinə qədər qaldırılaraq, Parisdən təzminat tələb edilməlidir. 
 
Fransa prezidenti Emmanuel Makron bildiyimiz kimi son vaxtlar Avropa İttifaqında Böyük Britaniyanın bu təşkilatdan ayrılmasından sonra Aİ-də liderliyi ələ almağa can atır. Makron Aİ-nın prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərə müəyyən mənada qısqanclıqla yanaşaraq, İrəvan və Bakı arasında keçirilən danışıqlarda Parisinin təşəbbüskarlığını önə çəkməyə çalışır. Ancaq Makron Mişeldən fərqli olaraq burada daha çox Ermənistanın tərəfindən çıxış edir. Bu isə Bakını Fransanın danışıqlarda vasitəçi kimi iştirak etməsinə qarşı çıxmağa məcbur edir. Hətta Qazaxıstan səfəri zamanı İlham Əliyev Parisin ünvanına bu mesajı verdi: “Bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Parisin hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”. İlham Əlieyev Fransanın ünvanına bu mesajı verməklə bundan sonra İrəvan və Bakı arasında baş tutacaq görüşlərdə Makronun vasitəçilik xülyalarının üstündən xətt çəkdi.
 
Fransa son vaxtlar təkcə Azərbaycana qarşı deyil, qardaş Türkiyəyə qarşı da Yunanıstan üzərindən oyun oynamağa çalışır. Fransa ABŞ-la birgə Yunanıstana dəstək nümayiş etdirərək Afina ilə Ankara arasında olan gərginliyi pik həddə çatdıraraq, iki NATO ölkəsini üz-üzə qoymağa cəhd edir. Görünən odur ki, Azərbaycan-Türkiyə qardaşlığı Fransanı ciddi əndişəsinə səbəb olur. 
 
İlham Əliyevin Əlcazair səfərinin digər diqqətçəkən məqamı isə hazırda davam edən Ukrayna-Rusiya müharibəsinə görə Avropa ölkələrinin Moskvadan aldığı qazı minumuma endirməsi fonunda Azərbaycan və Əlzəcazirin enerji resurslarına diqqət yönəldilməsi ilə bağlı oldu. 
 
Qeyd edək ki, Avropa ölkələri Rusiyadan qazından asılılığı azaltmaq məqsədilə Azərbaycan və Əlcəzair kimi ölkələrə diqqəti artırıblar. Məhz bu baxımnan da İlham Əliyevin Əlcazair səfəri indiki məqamda çox önəmli idi.


Daşqın Həsənov
Missiya.Az


  • 2-11-2022, 15:48