AZ   |   RU
“Rusiyasız Ermənistan olmayacaq” – Simonyan

Qatı ermənipərəst mövqeyi ilə tanınan “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin və “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan Ermənistan-Rusiya münasibətlərindən danışıb.

Missiya.Az
xəbər verir ki, Simonyan verdiyi açıqlamada Paşinyan hakimiyyətini tənqid edib.

O, “Ermənistan vətəndaşları, xüsusən də Paşinyana səs verənlər anlamalıdırlar ki, Rusiyasız Ermənistan olmayacaq. Mən hələ Qarabağ haqqında danışmıram. 44 günlük müharibəni kim dayandırdı? Onu şəxsən Vladimir Vladimiroviç Putin dayandırdı"- deyə bildirib.
 
Qeyd edək ki, Marqarita Simonyan bir-neçə gün əvvəl Ermənistana girişinin qadağan edildiyi barədə teleqram kanalında məlumat vermişdi.  
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 31-10-2022, 15:29