AZ   |   RU
“Baydenin hakimiyyəti sönməkdədir” - “Fox News” televiziyası

“ABŞ prezidenti Co Bayden seçkilərdə demokratların məğlubiyyəti ilə ani bir eniş yaşayacaq”.

Missiya.Az
xarici mediaya istinadla xəbər verir ki,  bu sözləri Fox News-un aparıcısı Stuart Varney deyib.  “Baydenin hakimiyyəti “sönməkdədir”-deyə o, bildirib. Aparıcının sözlərinə görə, ölkəyə dinamik və hərtərəfli lider lazımdır. Varney onu da xatırladıb ki, dövlət başçısının üç həftədən sonra 80 yaşı tamam olur. Bayden ABŞ Konqresinə aralıq seçkilərdə erkən səsvermə zamanı könüllüdən kömək istəyib.  Çünki Amerika lideri səsvermə ilə bağlı təfərrüatları başa düşməyib.

Qeyd edək ki, ABŞ-da aralıq seçkilər rəsmi olaraq noyabrın 8-də keçiriləcək. Onlar 118-ci ABŞ Konqresinin tərkibini müəyyən edəcəklər.

Xatırladaq ki, Co Baydenin 79 yaşı var. O, Amerika tarixinin ən yaşlı prezidentidir. Eyni zamanda Bayden 2024-cü ildə ABŞ-ın növbəti prezident seçkilərində iştirak etmək və sələfi Donald Trampla mübarizə aparmaq niyyətindədir.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 31-10-2022, 11:34