AZ   |   RU
“Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırıq” - Paşinyan
 

“Ermənistan Rusiyanın təklif etdiyi prinsiplər əsasında Azərbaycanla dövlətlərarası münasibətlər qurmağa razıdır və bunu Soçi görüşündə təsdiqləməyə hazırdır”.

Missiya.Az
“Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “tviter” hesabında məlumat yayıb.
“Sentyabrın əvvəlində İrəvan Rusiyanın təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya onun təkliflərini dəstəkləyəcək”, - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında üçtərəfli görüşün keçiriləcəyi gözlənilir.

Daşqın Həsənov
Missiya.Az


  • 28-10-2022, 11:34