AZ   |   RU
"Böyük Britaniya və ABŞ-a nüvə hücumuna başlayın"- Korotçenkodan Putinə çağırış


Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri olan polkovnik İqor Korotçenko televiziya proqramında Rusiya liderini NATO-ya cavab vermək üçün “ ABŞ və Britaniyaya qarşı nüvə hücumuna başlamağa” çağırıb.
 
Missiya.Az Türkiyənin Posta” nəşrinə istinadən xəbər verir ki, Cəbhədə artan itkilərdən hiddətlənən Rusiya paytaxt Kiyevə kamikadze dronlarla hücum etməyə başlayıb. Digər tərəfdən Rusiyalı ekspertlər Qərb ölkələri Putinin “çirkli” bombalardan istifadə etmək planının olduğunu və bu hücumda NATO və Kiyev administrasiyasını günahlandıracaqlarını iddia edirlər. 
 
Moskva və Qərb arasında davam edən münaqişəni şərh edən polkovnik İqor Korotçenko Putinə ABŞ və İngiltərəyə tam səviyyəli nüvə zərbəsi endirməyi tövsiyə etdiyini açıqlayıb. 
 
Korotçenko, NATO-nun planlaşdırdığı hücumlara cavab olaraq təxminən 11 min kilometr mənzilli Topol-M nüvə raketləri ilə Qərbin iki ən güclü ölkəsinə hücumun təşkil edilməsinın vacib olduğunu bildirib.

Xatırladaq ki, Korotçenko Rusiya liderinə ən yaxın adamlardan biri hesab edilir.
 
Aqil Musa
Missiya.Az
 

  • 26-10-2022, 16:37