AZ   |   RU
“Ukraynalı uşaqları yandırın” çağırışı- - Rusiya televiziyası


RT-nin aparıcısı Krasovski veriliş zamanı ukraynalı uşaqların boğularaq yandırılmasını tələb edib.
 
Missiya.Az Türkiyə KİV-nə istinadəın xəıbər verir ki, Moskvada yerləşən RT televiziyasında qonaqlardan birinin “Ukraynalı uşaqlar deyirdi ki, Ukrayna ruslar tərəfindən işğal olunub” sözlərindən sonra Krasovski“ Onlar ördək balalarının üzdüyü Tısına çayında boğulmalı idilər” ifadəsini işlədib.
 
Çıxışında “o uşaqları Tısınada batırın” deyən Rusiyalı aparıcı təhdid xarakterli açıqlamalarına davam edərək, "Kim deyirsə ki, ruslar basqın edib, onları güclü su axını olan çaya atın. Hövzələrə doldurub yandırın”. sözlərini söyləyib.
 
Qalmaqallı açıqlamalarına görə fəaliyyəti dayandırılan Anton Krasovski açıqlamalarına görə hər kəsdən üzr istəyib.
 
Xatırladaq ki, Krasovski daha əvvəl "Ukrayna mövcud olmamalıdır. Biz bunun üçün hər şeyi edirik” demişdir.

Aqil Musa
Misisya.Az

 

  • 25-10-2022, 14:43