AZ   |   RU
Rusiyaya silahları Ukrayna müharibəsindən əvvəl satmışıq – İran

“Rusiyanın Ukraynaya qarşı müharibədə İran pilotsuz təyyarələrindən istifadə etdiyi məlum olarsa, əlbəttə ki, bu məsələyə biganə qalmayacağıq”.

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

Nazir daha əvvəl Rusiyaya silah satdıqlarını, lakin Ukrayna müharibəsi zamanı bu ölkəyə heç bir silah təhvil vermədiklərini vurğulayıb.

İddiaların araşdırılması üçün Ukrayna ilə hərbi ekspertlərin də cəlb edildiyi birgə iclas keçirməyə hazır olduqlarını bildirən Abdullahiyan bu təklifi Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi ilə görüşündə ona çatdırdığını bildirib. 

İranın xarici işlər naziri çıxışında nüvə danışıqları prosesinə də toxunaraq, "Hazırda razılaşmanın son mərhələsindəyik. Amerika tərəfi son günlər fürsəti qorumağa çalışarkən bəzi yerlərdə xaos və terror aktları yaratmağa çalışıb. Ancaq biz diplomatik mesajlarla razılığa gəlməliyik”dedi.

Qeyd edək ki, İranın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya PUA göndərdiyinə dair iddialar bir neçə gündür gündəmdədir.
 
Teymur ASLANOV
Missiya.Az

  • 25-10-2022, 12:51