AZ   |   RU
Rusiyalı komandanın acı etirafı – Ukrayna irəliləyir

Rusiyanın Ukraynadakı qoşunlarının komandanı Sergey Surovikin müharibənin son durumu ilə bağlı ilk dəfə dövlət televiziyasına açıqlama verib.

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıblar.

"Xüsusi hərbi əməliyyatlar zonasındakı vəziyyəti bütövlükdə gərgin olaraq xarakterizə edə bilərik. Düşmən davamlı olaraq rus əsgərlərinin mövqelərinə hücum etməyə çalışır. Xüsusilə cənubdakı Xerson şəhəri ətrafında vəziyyət ağırdır. Rusiya ordusu, ilk növbədə, Xerson əhalisinin təhlükəsiz təxliyəsini təmin edəcək. NATO komandanlığı uzun müddətdir ki, Kiyevdən həm Ukrayna Silahlı Qüvvələrində, həm də mülki əhali arasında hər hansı itkidən asılı olmayaraq Xerson istiqamətində hücum əməliyyatları tələb edir”, - deyə Surovik vurğulayıb.

“Ukrayna Dnepr çayı üzərindəki Kaxovka SES-ə böyük hücuma, Xersona isə kütləvi raket və artilleriya hücumlarına hazırlaşır. Ukraynanın bu hərəkətləri böyük sənaye mərkəzinin infrastrukturunun məhvinə və mülki əhali arasında böyük itkilərə səbəb olacaq", - deyə Surovik qeyd edib.


Daşqın Həsənov
Missiya.Az


  • 19-10-2022, 13:19