AZ   |   RU
İran Rusiyaya PUA-lardan sonra raketlər göndərir


İran Rusiyaya “Fateh-110” və “Zülfiqar” raketlərini göndərəcək.

Missiya.Az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, Moskvanın Ukraynada başlatdığı müharibə yeni miqyas aldıqca, İran kamikadze PUA-larından sonra Rusiya ordusuna raketlər verməyə hazırlaşır.

“Tehran administrasiyasının nümayəndələri sentyabrın 18-də Moskvada Rusiya rəsmiləri ilə görüşüb və yeni yüklərin tədarükü məsələsini müzakirə edib. Buna uyğun olaraq İran Rusiyaya 300/700 kilometr mənzilli “Fateh-110” və “Zülfiqar” raketlərini göndərməyə hazırlaşır. Əgər daşınma baş tutarsa müharibə başlayandan bəri Rusiyaya bu cür raketlərin ilk çatdırılması olacaq” - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, avqust ayında ortaya çıxan ilk kəşfiyyat məlumatlarına görə İran Rusiyaya “Muhacir-6” və “Shahed” seriyalı PUA-ları göndərib.

Daşqın Həsənov
Missiya.Az


  • 17-10-2022, 12:52