AZ   |   RU
Rusiya kəşfiyyatının saxtakarlığı ifşa edildi - VİDEO

Ukrayna kəşfiyyatı Rusiyanın Deepfake texnologiyasından istifadə etdiyinə dair görüntülər paylaşıb. 

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, Ukraynanın baş naziri Denis Şmıqal qiyafəsində olan Rusiya kəşfiyyatı “Baykar”ın baş direktoru Haluk Bayraktarla əlaqə saxlamağa çalışıb.

Bildirilir ki, Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsi Baykar Texnologiya şirkətinin baş direktoru Haluk Bayraktara qarşı təxribatın qarşısını alıb. 

“Görüntülərdə rus kəşfiyyatçısı Ukraynanın baş naziri Denis Şmıqalın qiyafəsində olduğu görünür. Rus kəşfiyyatı bu üsulla Bayraktar şirkətinin baş direktoru Haluk Bayraktarla görüşməyə çalışıb. Vəziyyəti anlayan Ukrayna kəşfiyyatı görüşə Bayraktarın katibi kimi qatılıb. O, rus kəşfiyyatı ilə görüşüb”, - deyə vurğulanıb

Məlumatda qeyd olunub ki, Rusiya kəşfiyyatı ən kəskin saxta üsullarla Türkiyə-Ukrayna münasibətlərini pozmağa çalışır.


Daşqın Həsənov
Missiya.Az



  • 10-10-2022, 10:32