AZ   |   RU
“ABŞ Rusiyanı ona görə zəiflətmək istəyir ki, Çinlə yaxınlaşsın” – Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ukrayna ərazisində apardığı müharibədə ölkəsinin də iştirak etdiyini təsdiqləyib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Lukaşenko hərbi təhlükəsizlik üzrə iclasda məlumat verib.

Lukaşenka bildirib ki, Ukrayna daim Belarus sərhədində təxribatlar törədir.

"Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edirik. Bunu gizlətmirik. Amma heç kimi öldürmürük. Hərbçilərimizi heç yerə göndərmirik. Biz öhdəliklərimizi pozmuruq. Birincisi, bizim iştirakımız, bu münaqişənin Belarus ərazisinə yayılmasının qarşısını almaqdır. İkincisi, Polşa, Litva və Latviyadan xüsusi hərbi əməliyyat adı altında Belarusa zərbə endirilməsinin qarşısını almağa çalışırıq”, - deyə Lukaşenko vurğulayıb.

Belarus prezidenti qeyd edib ki, ABŞ əsas rəqibi Çinə yaxınlaşmaq üçün Rusiyanı zəiflətmək və ya beynəlxalq arenadan tamamilə uzaqlaşdırmaq istəyir.


Daşqın Həsənov
Missiya.Az


  • 4-10-2022, 16:24