AZ   |   RU
Xamenei uzun müddətdən sonra ictimaiyyət qarşısına çıxdı - ABŞ və İsrailə qarşı ittiham

“Məhsa Eminin ölümü sadəcə kənar düşmənləri sevindirdi”.

Missiya.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Tehranda Polis Tədris Universitetində İmam Həsən Müctəba zabiti ilə silahlı qüvvələr tələbələrinin ortaq məzuniyyət mərasimində iştirak edən Xamenei son günlər ölkədə baş verən etirazlarla bağlı açıqlama verib.

Bir müddətdir səhhətində problemlər olduğu iddiası ilə gündəmdə olan və nümayişlərin başlanmasından bəri ilk dəfə ictimaiyyət qarşısına çıxan Xameneyi, “Bu iğtişaşlar ABŞ və sionistlərin layihəsidir. Rejimin xaricdəki bəzi iranlı satqınları da onlara dəstək olur” deyə, vurğulayıb.

Qərb dövlətlərinin müxtəlif  yollarla  İranı parçalamağı hədəflədiklərini ifadə edən Xameneyi, “Biz insanlara hücum edib onlara zərər vermək niyyətində deyilik, düşmənlərin gizli məqsədi ölkədə iğtişaşlar törədərək bəzi həyəcanlı tipləri təhrik etməkdir” deyə, əlavə edib.

Nümayişlər zamanı təhlükəsizlik qüvvələrinə edilən hücumlara, bəzi iranlı sənətçi və idmançıların nümayişçilərə dəstək verməsi mövzusuna da toxunan İranın lideri, qeyd edib ki, "silahlı qüvvələrə qarşı hücum cəhdləri ölkənin təhlükəsizliyinə xələl gətirmək deməkdir”.
 
Teymur Aslanov
Missiya.Az


  • 3-10-2022, 18:30