AZ   |   RU
Bu dəfə yunanları Türkiyənin kəşfiyyat gəmisi qorxuya saldı


Türkiyənin pilotsuz uçuş aparatlarından (PUA) sonra indi də “Ufuk” kəşfiyyat gəmisi Afinanın qorxulu kabusuna çevrilib.

Missiya.Az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstan kütləvi informasiya vasitələrinin iddiasına görə Türkiyənin “Ufuk” kəşfiyyat gəmisi 24 sentyabr-1 oktyabr tarixləri arasında Egeyin mərkəzində keçirilən “Arqo 22” adlı Yunan-Fransa birgə hərbi təlimini izləyib.

Məlumatlarda qeyd olunub ki, Türkiyənin "Ufuk" gəmisi müəyyən bir hədəfin elektron siqnallarının toplanması, təhlili və əlaqəsi nəticəsində kəşfiyyatın əldə edilməsi, elektron sensorlar vasitəsilə kəşfiyyatın toplanması xüsusiyyətlərinə malikdir.  

Yunanıstanın Egeydə artan təxribatlarının Türkiyə tərəfindən pilotsuz uçuş aparatları ilə qeydə alınmasından qorxuya düşən yunanlar bu dəfə də kəşfiyyat gəmisi ilə izlənməkdən bərk narahat olublar. Artıq Yunanıstanın Egeydə təxribat cəhdləri anbaan izlənilir. Deməli Egeydə üstünlük Türk ordusunundur.

Nəriman Sultanoğlu
Missiya.Az


  • 3-10-2022, 11:11