AZ   |   RU
Hulusi Akar yunan hökümətinə çağırış etdi: “Qərbin ipi ilə quyuya enməyin”

“Türkiyə Yunanıstanın bütün qanunsuz hərəkətlərinə həm danışıqlar masası arxasında, həm də digər sahədə adekvat cavab verməyə davam edir”. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Veteranlar Gününə həsr olunmuş tədbirdə çıxış edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Akara bildirib ki, Ankara bölgədə Türkiyənin maraqlarına toxunan status-kvonun formalaşmasına imkan verməyəcək.

“Fərz edək ki, Yunanıstan regionun coğrafi və elmi reallıqlarından xəbərdar deyil. Amma tarixdən dərs almaqdan imtina etmək ikiüzlülükdür. Bəlkə də 100 il əvvəl macəra dalınca Anadolunu fəth etməyə göndərilən yunanları da yada salmağı unudublar. Onlardan bəziləri sonda asıldı. Amma biz yaxşı qonşular olaraq bunu onlara xatırladacağıq”, - deyə Akar vurğulayıb.

“Səhv yoldan dönün! Fəlakətə səbəb olacaq təxribatlardan çəkinin!

“Qərbin ipi” ilə quyuya enməyin. Türkiyə bir daha səmimiyyətlə həssas yunanları dialoqa və problemlərin beynəlxalq hüquqa uyğun olaraq, mehriban qonşuluq münasibətləri işığında sülh yolu ilə həllinə çağırır. Əgər Afina Ankaranı düşmən kimi görməkdən əl çəksə, Türkiyəni etibarlı müttəfiq və qonşu kimi tanısa, sonda təkcə Yunanıstan deyil, bütün region, eləcə də NATO qalib gələcək. Yunan xalqı Türkiyənin dinc və firavan ortaq gələcəyin tərəfdarı olduğuna əmin olmalıdır”, - deyə Akar qeyd edib.

Türkiyəli nazir qeyd edib ki, Ankara Egey dənizi və Şərqi Aralıq dənizində, o cümlədən Kipr məsələsində öz hüquq və mənafelərini qorumaqda qərarlıdır.


Daşqın Həsənov
Missiya.Az



  • 28-09-2022, 15:48