AZ   |   RU
"Saxta referendumların nəticələrini tanımırıq" - Şarl Mişel

“Avropa İttifaqı Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendumların” nəticələrini tanımır”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının prezidenti Şarl Mişel özünün “tvitter” səhifəsində yazıb.

“Saxta referendum. Saxta nəticələr. Biz bu referendumun nəticələrini tanımırıq”, - deyə Mişel vurğulayıb.

Qeyd edək ki, Ukraynanın Donetsk, Xerson, Zaporojye və Xerson vilayətlərində sentyabrın 23-dən 27-dək bu ərazilərinin Rusiyaya daxil olması ilə bağlı “referendum” keçirilib.


Daşqın Həsənov
Missiya.Az


  • 28-09-2022, 14:33