AZ   |   RU
“Ermənistan Qarabağ məsələsində söz sahibi deyil” – Levon Ter-Petrosyan

“Qarabağ probleminin 30 il dondurulmasında əsas aktor Rusiya olub”.

Missiya.Az
Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri ölkənin birinci prezidenti Levon Ter-Petrosyan deyib.

Petrosyan bildirib ki, Qarabağın açarı əvvəllər Rusiyanın əlində idisə, artıq indi bu məsələ həll olunub.

“Bağışlayın mən insanlarımızı ruhdan salmaq istəmirəm, ama bu məsələ həll olunub. Ermənistan Qarabağ məsələsində söz sahibi deyil. İrəvan Qarabağda artıq aktor deyil. Yalnız humanitar məsələlərdə mövcudluğu var”, - deyə Ter-Petrosyan vurğulayıb.

O, qeyd edib ki, müharibədən əvvəl Qarabağın açarı Rusiyanın əlində idi. İndi ancaq Moskvanın o qədər problemləri var ki, o açarı itirib.

Daşqın Həsənov
Missiya.Az


  • 27-09-2022, 12:35