AZ   |   RU
Rəisinin BMT-də çıxışı etirazla qarşılandı - prezidentlər zalı tərk etdi
 
İsrailin BMT-dəki səfiri Gilad Erdan və Yəmən Prezident Şurasının sədri Rəşad əl-Alimi BMT Baş Assambleyasında çıxış edən İran prezidenti İbrahim Rəisiyə etiraz edərək zalı tərk ediblər. 

Missiya.Az haberglobal-a istinadən xəbər verir ki, İsrail səfiri Erdan, İran prezidentinin bazar ertəsi Holokostla (Yəhudi soyqırımı) bağlı söylədiyi fikirlərə cavab olaraq etiraz edib və Holokostdan sağ çıxan nənəsinin şəklini qaldıraraq ümumi yığıncaq zalını tərk edib.

Rəisi bazar ertəsi verdiyi açıqlamada "Holokostun həqiqətən baş verib-vermədiyini təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac var"- deyə bildirib.

Digər tərəfdən, Yəmən Prezident Şurasının sədri Rəşad əl-Alimi İranın yəmənli husi milislərini dəstəkləməsinə etirazını bildirib və zalı tərk edib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 22-09-2022, 12:03