AZ   |   RU
İran od içindədir – Etirazlar ölkəni bürüyür

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar davam edir, Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 5 nəfərin öldüyü, xeyli sayda insanın yaralandığı bildirilir.

Missiya.Az
haberglobal.com-a istinadən xəbər verir ki, İranın bir çox şəhərində etirazçılar rejim əleyhinə küçələrə axışıb, qadınlar hicablarını yandırıblar. Etirazçılarla çətin mübarizə aparan və bəzi hallard geri çəkilmək məcburiyyətində qalan İran təhlükəsizlik qüvvələrinin görüntüləri sosial mediada da gündəmə çevrilib. Tvitterdə Mahsa Amini həştəqi ilə paylaşılan mesajların sayı da 4 milyonu keçib.

Qeyd edək ki, İnsan Haqları Təşkilatları açılan atəş nəticəsində ölənlərdən 2-nin Məhsa Əmininin məmləkəti Sagiz şəhərindən olduğunu açıqlayıb.  

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 21-09-2022, 12:21