AZ   |   RU
Nensi Pelosinin qərəzli çıxışına Türkiyədən rəsmi reaksiya – “Qardaş Azərbaycana dəstəyimiz davam edəcək”

Türkiyənin vitse-prezidenti Fuat Oktay ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı verdiyi açıqlamaları tənqid edib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fuat Oktay özünün “tvitter” hesabında məlumat yayıb.

Oktay bildirib ki, Nensi Pelosinin sözlərinin tarixi faktlarla, eləcə də günümüzün reallıqları ilə heç bir əlaqəsi yoxdur.

“ABŞ Nümayəndələr Palatasının spikerinin bəyanatları da xoşməramlılıq və obyektivlik anlayışlarından uzaqdır. Bu qəbuledilməz bəyanatlar bölgədəki diplomatik səyləri sabotaj edir” - deyə Oktay vuğulayıb.

Türkiyəli siyasətçi qeyd edib ki, ABŞ administrasiyası açıq şəkildə bəyan etməlidir: Pelosinin və onu müşayiət edən bir sıra ermənipərəst siyasətçilərin bəyanatları Vaşinqtonun Qarabağ məsələsində rəsmi mövqeyini əks etdirirmi?

“Cənubi Qafqazın sülhə və sabitliyə həmişəkindən daha çox ehtiyacı olduğu bir vaxtda mən beynəlxalq oyunçuları son dərəcə düşünülmüş, ədalətli və hər şeydən əvvəl məsuliyyətlə hərəkət etməyə çağırıram. Türkiyə 30 illik ədalətsizlik və qanunsuz işğaldan qəhrəmancasına mübarizə apararaq tarixi torpaqlarını azad edən qardaş Azərbaycana bundan sonra da dəstəyini davam etdirəcək” – deyə Türkiyənin vitse prezidenti qeyd edib.

Daşqın Həsənov
Missiya.Az


  • 19-09-2022, 17:15