AZ   |   RU
Azərbaycan güləşçisi dünya çempionatında finala çıxdı

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

Missiya.Az
xəbər verir ki, 55 kq-da yer alan idmançı yarımfinalda ABŞ təmsilçisi Maks Nouriyə 9:0 hesabı ilə qalib gəlib.

Onun finaldakı rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.

  • 10-09-2022, 20:54