AZ   |   RU
Məşhur reper bıçaqlanaraq öldürüldü
 
Rep dünyasının məşhur adlarından olan Pat Stay bıçaqlı hücum nəticəsində həyatını itirib. 

Missiya.Az haberglobal-a istinadən xəbər verir ki, hadisə Yeni Şotlandiya ştatının Halifax şəhərində  baş verib.

Yerli polisin açıqlamasından sonra, sənətçinin qardaşı Pit də CBC-yə açıqlamasında böyük qardaşı Pat Stayın öldüyünü təsdiqləyib.

Polis cinayətlə əlaqədar qatili tapmaq üçün vətəndaşlara müraciət edib.

Bildirilib ki, hadisə gecə yarısı baş verib və təcili yardım maşını sürətlə hadisə yerinə gəlib. Stay sağ-salamat xəstəxanaya çatdırılsa da, müdaxilələr heç bir nəticə verməyib.

Qeyd edək ki, Stay ölümündən 2 gün əvvəl yeni mahnısı The Game DISS-i Youtube-da yayımlayıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 5-09-2022, 14:56