AZ   |   RU
İranlı iş adamından xəbərdarlıq: “İran od tutub yanır, bilmirsinizsə, bilin!”

İranda tanınmış xeyriyyəçi və iş adamı Əlirza Nəbi ölkədəki ağır iqtisadi durumla bağlı hakimiyyətə ciddi xəbərdarlıq edib: “İran od tutub yanır, bunu bilmirsinizsə, bilin!”.

Missiya.Az xəbər verir ki, bu barədə Azad İran teleqram kanalı məlumat yayıb.

“İran dünya sərvətinin 9%-nə, dünya əhalisinin isə cəmi 1%-nə sahibdir. Əgər sabah küçədə insanlar fəryad etsələr, bu, artıq nə ideologiya, nə də məzhəb üçün olmayacaq. Sabah əhali küçələrə axışarsa, bu yalnız yoxsulluq ucbatından baş verəcək.” – deyə, biznesmen bildirib.

“Ölkədə yoxsulların sayı artarsa, hökumət rəsmiləri təhlükəsiz olmayacaqlar. Odur ki, təcili tədbirlər görün, ona görə yox ki, qayğıkeş insanlarsınız və qarşı tərəf sizi mükafatlandıracaq. Evlərinizdən rahat çölə çıxa biləsiniz deyə, mağazadan alış-veriş edib qayıda biləsiniz deyə, bunu edin.  Övladınızın sağ-salamat məktəbə gedib qayıtmasını istəyirsinizsə, ac övladını doyurmaq üçün əlindən gələni edən anaya yardım edin. Çünki artıq o, son dərəcə təhlükəli insan sayılır”,-deyə iş adamı sonda həyəcan təbili çalıb.

Missiya.Az

  • 5-09-2022, 14:51