AZ   |   RU
Erməni hərbçi faciəli şəkildə öldü

Ermənistan ordusunun müddətdən artıq hərbi qulluqçusu avtomobil qəzasında ölüb.  

Missiya.Az erməni mətbuatına istinadla xəbər verir ki, hadisə gecə saatlarında baş verib.  

Hərbi qulluqçunun idarə etdiyi avtomobil yolun hərəkət hissəsindən çıxıb və metal hasarlara çırpılaraq kanala yuvarlanıb.  

Nəticədə müqaviləli hərbçi 23 yaşlı Pavlik B. yerindəcə dünyasını dəyişib.  Hadisə ilə bağlı araşdırma aparılır.  

Nəriman Sultanoğlu
Missiya.Az


  • 2-09-2022, 12:57