AZ   |   RU
Qrossi: “AEBA ekspertləri sentyabrın 3-ə kimi Zaporojye AES-də qalacaqlar”

Qrossi: “AEBA ekspertləri sentyabrın 3-ə kimi Zaporojye AES-də qalacaqlar”.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyasının əməkdaşları üçün Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (AES) gəlmək çətin oldu.
Missiya.Az
APA-ya  istinadən xəbər verir ki, bunu AEBA-nın Baş direktoru Rafael Qrossi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, missiya nümayəndələri ilkin qiymətləndirməni həyata keçirib və işçi heyətin peşəkar fəaliyyətini müşahidə edə biliblər.
“Çətin şəraitə və vəziyyətə baxmayaraq onlar öz fəaliyyətlərini peşəkarcasına həyata keçirirlər”, - Baş direktor bildirib.

Qrossi AEBA ekspertlərinin ən azı sentyabrın 3-ə kimi AES-də qalacaqlarını diqqətə çatdırıb.


  • 1-09-2022, 19:24