AZ   |   RU
Putin Qorbaçovun dəfn mərasimində iştirak etməyəcək

Rusiyanın prezidenti Vladimir Putin sentyabrın 3-də iş proqramının sıxlığı ilə əlaqədar SSRİ-nin son lideri Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək. 

Missiya.Az haberglobal-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Peskov bildirib ki, Putin Kalininqrad səfərindən əvvəl Moskva Mərkəzi Klinik Xəstəxanasına gedib və Qorbaçovla vidalaşaraq onun nəşi üzərinə gül dəstələri qoyub.

Qeyd edək ki, sentyabrın 3-də Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) sonuncu lideri Mixail Qorbaçovun vəfatından sonra dəfn mərasimi keçiriləcək.

Leyla Səməndər
Missiya.Az


  • 1-09-2022, 17:41