AZ   |   RU
ANAMA ötən ay azad olunmuş ərazilərdə 3 042 mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Missiya.Az-a verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2 353, tank əleyhinə 689 mina (cəmi 3 042) və 1131 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5 523.74 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

  • 1-09-2022, 15:48