AZ   |   RU
ABŞ-nin neft ehtiyatları azalıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 7 056 min barel azalaraq 424 954 min barel təşkil edib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 275 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

  • 18-08-2022, 12:03