AZ   |   RU
Azərbaycan XİN Misirə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Misir hökumətinə başsağlığı verib.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.

“Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk.

Yaralılara tezliklə şəfa diləyirik”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Misirdə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb.

  • 15-08-2022, 18:38