AZ   |   RU
FHN Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb.

FHN-dən Missiya.Az-a verilən məlumata görə, Qaradağ rayonunda Puta Dəniz Limanında qoşqu gəmisinin mühərrik zalının yanar hissələri və içərisindəki avadanlıqlar 110 m² sahədə yanıb.

Gəminin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • 2-08-2022, 23:50