AZ   |   RU
Bodrumda Fahriyə Evcəni əsəbləşdirən hadisə - həmin məkanı tərk etdi
 
Türkiyəli aktrisa Fahriyə Evcən aktyor həyat yoldaşı Burak Özçivit və oğlu Karanla birlikdə tur gəzintisində insidentlə qarşılaşıblar.

Missiya.Az 
haberglobal.com –a istinadən xəbər verir ki, Yalıkavakda lövbər salan ailə səhər yeməyi üçün restoranların birində oturanda Karan müştərilərdən birinin masasına dəyib.
Onların uşağın üstünə qışqıraraq “Bu nədir?”-  deməsi  cütlüyü olduqca çox əsəbiləşdirib.

Qeyd edək ki, aktrisa da özünü itirib, ailəsi ilə birlikdə həmin məkanı tərk edib.

Xatırladaq ki, Fahriyə Evcən ikinci dəfə ana olacaq.

Zərintac Mayisqızı
Missiya.Az



  • 29-07-2022, 12:52