AZ   |   RU
Ceyhun Bayramov Bolqarıstana rəsmi səfərlə bağlı yola düşüb
 
Mayın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasına rəsmi səfərə yola düşüb.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Səfər çərçivəsində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası xarici işlər nazirlərinin iştirakı ilə iki ölkə arasında strateji dialoq görüşünün, həmçinin Bolqarıstan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


  • 30-05-2022, 18:06