AZ   |   RU
İraq Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanladı

İraq Prezidenti Bərham Saleh Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost xalqınıza və ölkənizə isə tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, xalqlarımızın tərəqqisi və rifahı naminə ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək, dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğumuzu vurğulayıram".

  • 26-05-2022, 23:13